Uşaqlarda səpgili xəstəliklər

Uşaqlarda səpgili xəstəliklər

Uşaqlarda qızdırmalı səpgi ilə müşayiət olunan xəstəliklərə tez-tez rast gəlinir və onların əksəriyyəti viruslardan qaynaqlanır. Bununla belə, daha az tezlikdə müşahidə olunan bakterial səbəbli səpkili xəstəliklər həyat üçün təhlükə yarada bilir.

Qızılca və ya məxmərək

Daha çox məktəb yaşlı uşaqlarda xarakterik olan qızılca, adətən mütəmadi yüksək hərarət, badamcıqların iltihabı, çiyələk görünüşlü dil, qoltuqaltı, qasıq və boyun qırışlarında daha sıx olan diffuz səpgilər ilə müşayiət olunur.

Epedimik, yoluxucu xəstəlik olan qızılcaya qarşı bədəndə immunitet, bu xəstəliyi keçirdikdən sonra yaranır.

Qızılca diaqnozu laborator testlər vasitəsilə və ya diferensial diaqnoz yolu ilə qoyula bilər.

Vaxtında müalicə olunmazsa, revmatizm və böyrək zədələnməsi kimi ciddi fəsadlar yarada bilən bu xəstəlik zamanı bəzi təcili hallar vardır ki, mütləq mütəxəssisə müraciət edilməlidir:

1. 39° və daha yüksək qızdırma
2. Səpgilərin 4 gündən artıq davam etməsi
3. Tənəffüs problemləri
4. Nəfəsdə xırıltının olması
5. Səhhətin yaxşılaşarkən yenidən pisləşməsi

Suçiçəyi

Virus infeksiyasının nəticəsi olan bu xəstəlik tənəffüs yolları ilə çox asanlıqla ötürülür və xüsusilə məktəblərdə epidemiyanın yayılmasına səbəb olur. Bu, qızdırma, halsızlıq, mədə və baş ağrısı ilə özünü göstərir.

Qızdırma başlayandan 1-2 gün sonra bədəndə qırmızı, yuvarlaq, qabarıq ləkələr şəklində başlayan səpgilər 1-2 saat ərzində su ilə dolu veziküllər şəklini alır. Bu səpgilər, əsasən gövdədən başlayır, daha sonra baş və üzə yayılır.

Müxtəlif mərhələlərdə olan veziküllər baş dərisində və selikli qişalarda da yaranaraq qaşıntıya səbəb olur. Səpgilər 1 həftə ərzində öz-özünə yox olsa da, dəridə tünd piqmentli ləkələr buraxa bilər.

Suçiçəyi diaqnozu bir neçə klinik göstərişə əsasən qoyulur:

Suçiçəyi diaqnozunu dəridəki səpgiləri diqqətlə araşdırdıqdan sonra dərhal qoymaq mümkündür. Əlavə olaraq, yaxın zamanda bu xəstəliyi keçirmiş olan insanlarla təmas olduğu halda da diaqnoz qoyula bilər. Bəzi şübhəli hallarda, səpgilərdən alınan nümunələrlə laboratoriya testlərinin keçirilməsi mümkündür.

Konsultasiyaya yazıl

*Məlumatları doldurduqdan sonra ən qısa zamanda sizinlə əlaqə saxlanılacaq

All rights reserved © 2023. "Invitro".

Whatsapp'a yazın